Samad Vurgun 120 (Yasmin Medical Mall)
+994 51 748 78 88
info@aydinpartners,az

TƏDBİRLƏR

Tədbirlər

«Medinex»  Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və ən mühüm kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və sahə mütəxəssisləri görüş yeridir.

Sərgi iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə etmişlər.

İnnovasiyalara fokuslanmış format, dövlət səviyyəsində dəstək və geniş beynəlxalq tərkib sərginin uğurlu olmasının əsas səbəbi olmaqla yanaşı növbəti illər üçün gözəl perspektivlər vəd edir.  

«Medinex» 2022 statistikası:

Şirkət : 83

Ölkə : 12

İştirakçı-ölkələr:

Azərbaycan, Belarus, Danimarka, İtaliya, Əlcəzair, Yaponiya, Qazaxıstan, Pakistan, Rusiya Federasiyası, Sloveniya, İsveçrə, Türkiyə

Sərginin bölümləri:

·         IT-Med – tibbdə informasiya texnologiyaları

·         Pharm-Med – dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr

·         Lab-Med – laboratoriya texnologiyaları və avadanlıqlar

·         Tech-Med – tibbi texnika və avadanlıq

·         Stom-Med – stomatologiya

·         Optika və oftalmologiya

·         Tour-Med – tibbi turizm

·         Edu-Med – diyetologiya və tibbi təhsil